EN

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində aparılan islahatlar müzakirə edilib

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə biznes subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.

DVX-nin Vergi ödÉ™yicilÉ™rinin qeydiyyatı vÉ™ uçotu baÅŸ idarÉ™sinin şöbÉ™ rÉ™isi Leyla Hüseyn-zadÉ™ tÉ™qdimatla çıxış edÉ™rÉ™k kommersiya qurumlarının dövlÉ™t qeydiyyatı sahÉ™sindÉ™ hÉ™yata keçirilÉ™n islahatlar, qanunvericiliyin tÉ™kmilləşdirilmÉ™si vÉ™ yaradılmış yeni texniki imkanlar, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “BiznesÉ™ daxilolma” indikatoru üzrÉ™ 2025-ci il üçün Yol XÉ™ritÉ™si çərçivÉ™sindÉ™ görülmüş iÅŸlÉ™r barÉ™dÉ™ É™traflı mÉ™lumat verib.

TÉ™qdimat zamanı biznesÉ™ baÅŸlamaq üçün yaradılmış müasir qeydiyyat sistemlÉ™rinin üstünlüklÉ™ri qeyd olunub. Bildirilib ki, yerli vÉ™ xarici investisiyalı MMC-lÉ™rin elektron dövlÉ™t qeydiyyatı prosedurları eyniləşdirilib vÉ™ bu yenilik ölkÉ™dÉ™ xarici subyektlÉ™r üçün elektron qeydiyyatı tamamilÉ™ É™lçatan etmÉ™klÉ™ biznesÉ™ baÅŸlama prosesini asanlaÅŸdırıb. HÉ™mçinin bu ilin may ayında qanunvericiliyÉ™ müvafiq dÉ™yiÅŸikliklÉ™r nÉ™ticÉ™sindÉ™ “benefisiar mülkiyyÉ™tçi” anlayışı tÉ™sbit edilib, hüquqi ÅŸÉ™xslÉ™rin öz benefisiar mülkiyyÉ™tçisi barÉ™dÉ™ tÉ™sdiqedici sÉ™nÉ™dlÉ™rÉ™ malik olması vÉ™ tÉ™qdim edilmÉ™si qaydası müəyyÉ™nləşdirlib.

Görüş iştirakçılarına biznesin təsis edilməsi qaydalarının təkmilləşdirilməsi, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı məsələləri barədə ətraflı məlumat verilib, vergi ödəyicilərinin elektron qeydiyyatı istiqamətində əldə edilmiş nəticələr və bu sahədə rəqəmsallaşmanın pozitiv dinamikası təqdim edilib.

Görüş zamanı interaktiv müzakirələr aparılıb, iştirakçılar bu sahədə gözlənilən rəqəmsal yeniliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Chosen
11
4
fins.az

5Sources