EN

Yumurta vəzi xərçənginin hansı simptomları ola bilər? Onkoloq izah edir

2020-ci ildə Rusiyada 13 mindən çox qadında yumurtalıq xərçəngi qeydə alınıb. Hər il bu diaqnoz daha çox qadına qoyulur. Erkən mərhələlərdə xəstəliyi aşkarlamaq çətindir, çünki spesifik simptomlar demək olar ki, yoxdur.

E-saglam.az xəbər verir ki, “SM-Klinika”nın onkoloq-kimya­terapevti Magomed Sulimanov bu xəstəlik barədə yadda saxlanmalı məqamları açıqlayıb.

Risk faktorları aşağıdakılardır:

Yumurtalıq xərçənginin inkişaf ehtimalını artıran əsas səbəblər:

55–60 yaş və yuxarı olmaq;

BRCA1 və BRCA2 genlərində mutasiyalar (həmçinin süd vəzi xərçəngi riskini də artırır);

yaxın qohumlarda yumurtalıq və ya süd vəzi xərçəngi olması;

menopauzadan sonra hormonal terapiya (dərman qəbulu dayandırıldıqda risk azalır);

erkən menstruasiya və gec menopauza;

ilk hamiləlik və doğuşun 35 yaşdan sonra baş verməsi;

ümumiyyətlə hamiləlik və doğuşun olmaması.

Əlamətlərİ:

I–II mərhələdə simptomlar nadir hallarda üzə çıxır. Daha gec mərhələlərdə isə aşağıdakı əlamətlər müşahidə oluna bilər:

qarında ağrı, şişkinlik və ağırlıq hissi;

çanaq nahiyəsində ağrı və diskomfort;

menopauzadan sonra vaginal qanaxma və ya qeyri-adi ifrazatlar;

tez doyma, iştahanın azalması;

tez-tez sidiyə getmə və ya qəbizlik.

Bu əlamətlər iki həftədən artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Erkən diaqnozun rolu:

Yumurtalıq xərçənginin yalnız üçdə biri erkən mərhələdə aşkarlanır. Bu halda müalicənin nəticələri çox daha yaxşı olur. III–IV mərhələlərdə isə xəstəliyin gedişi çətinləşir. Xəstələrin bəzilərində qarın boşluğunda metastazların yayılması — peritoneal karsinomatoz inkişaf edir.

Əvvəllər bu diaqnoz demək olar ki, müalicəsiz sayılırdı. İndi isə “cərrahiyyə + hipertermal kimyaterapiya” kombinasiyası sayəsində xəstələrin ömrü uzadıla və bəzən remissiyaya nail olmaq mümkün ola bilir.

Necə qorunmaq olar?

Xəstəliyin qarşısını almaq üçün sadə bir üsul yoxdur. Həkimlər qadınlara ildə ən azı iki dəfə ginekoloqa müraciət etməyi tövsiyə edirlər. Müayinəyə daxildir:

yumurtalıq və uşaqlığın ölçü və quruluşunun yoxlanması,

kiçik çanaq orqanlarının transvaginal USM-i.

Risk qrupunda olan qadınlara isə əlavə testlər məsləhət görülür: CA-125 və HE-4 onkomarkerləri üzrə qan analizi.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
11
e-saglam.az

1Sources