EN

Oğuzda ağac kəsiminə görə cinayət işi başlanıldı

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.
 
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
 
Chosen
13
26
moderator.az

10Sources