EN

Ekspert İlham İsmayıl sərbəst buraxılıb

Məhkəmənin qərarı ilə İlham İsmayıl barəsində həbs qətimkan tədbiri dəyişdirilərək, başqa növ qətimkan tədbiri seçilib.

XəzərNews.az xəbər verir ki, iddiaya görə, oğlu vasitəsilə vətəndaşa Almaniyadan 54 min dollarlıq “Range Rover” gətirəcəyini vəd edib, ilkin olaraq 20 min dollar alıb. Lakin avtomobil ölkəyə gətirilməyib və zərərçəkmiş polisə müraciət edib.

Faktla bağlı CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, İlham İsmayıl ötən gün polis tərəfindən saxlanılmışdı.

Xəbər 3 dəfə oxunub.
Chosen
9
xezernews.az

1Sources