EN

Özbəkistanda qaydaların dayanıqlığı və risklərin azaldılması mexanizmləri investisiyaların cəlb olunmasına təkan verib - AİB

Bakı. Trend:

Özbəkistana beynəlxalq investorların cəlb olunması üçün əsasamillər tənzimləmənin müəyyən olması, bank tranzaksiya sənədlərininmövcudluğu və kredit zəmanətləri və qarışıq maliyyələşdirmə kimirisklərin azaldılması mexanizmləridir.

Trend xəbər verirki, bunu Asiya İnkişaf Bankının (AİB) baş investisiya mütəxəssisiƏli Malik “Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi”tədbirində çıxışı zamanı deyib.

Ekspertin sözlərinə görə, Özbəkistana investorların cəlbindədönüş nöqtəsi IFC-nin dəstəyi ilə həyata keçirilən “Navoi Solar”(100 MVt) layihəsindən başlayıb, bundan sonra isə AİB irilayihələri, o cümlədən “Summer Solar”ı maliyyələşdirib. O bildiribki, siyasətdə ardıcıllıq həlledici amil olaraq qalır və AİB-intəqdim etdiyi qismən kredit zəmanətləri investorlar üçün inamyaradır, çünki ofteykerin defoltu halında öhdəliklərə AAA reytinqliinstitut təminat verir.

Bundan əlavə, Əli Malik qarışıq maliyyələşdirmənin tətbiqininəhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu, birinci tiplayihələri daha dayanıqlı edir və tariflərin azalması hesabına sonistehlakçılar üçün fayda təmin edir.

Məqalədə:
Chosen
34
az.trend.az

1Sources