EN

Rəqabətli tender mexanizmlərinin tətbiqi Azərbaycanın enerji və infrastruktur sahəsinə investisiya cəlbinə yardımçı olacaq - AİB mütəxəssisi

Bakı. Trend:

Rəqabətli tender mexanizminin tətbiqi Azərbaycanda şəffaf qiymətformalaşmasını təmin etmək və enerji, infrastruktur layihələrinəözəl investisiyaların cəlb olunması üçün açar rolunu oynaya bilər.Bu təcrübə artıq Özbəkistanda və digər ölkələrdə uğurla həyatakeçirilib.

Trend xəbər verirki, bunu Asiya İnkişaf Bankının (AİB) baş investisiya mütəxəssisiƏli Malik “Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi”tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Özbəkistanın təcrübəsi nümunəvi xarakterdaşıyır: 2018-ci ildən başlayaraq AİB bir sıra layihələrdə , ocümlədən gücü təxminən 1 Qvt olan günəş elektrik stansiyaları,Namangandakı təmizləyici qurğuların inşası, eləcə də Quzardakıgünəş generasiyası və enerji saxlama layihələrində iştirak edib.“Rəqabətli tenderlər layihələrin ən aşağı maya dəyəri ilə həyatakeçirilməsinə imkan yaradır və bazarı beynəlxalq investorlar üçünaçır”, -deyə o bildirib.

Malik qeyd edib ki, AİB yaxınlarda Azərbaycan hökuməti ilətəmizləyici qurğular layihəsi üzrə konsultativ saziş imzalayıb. Buçərçivədə tenderin hazırlanması və özəl sektorun cəlb olunmasınəzərdə tutulur.

Ekspert həmçinin xatırladıb ki, Azərbaycanda yaxınlardakeçirilən tenderin nəticələrinə əsasən, “ACWA Power” şirkəti ölkədəilk su duzsuzlaşdırma layihəsini həyata keçirmək üçün müqaviləqazanıb. “Bu nümunə Azərbaycanın bazarına aparıcı beynəlxalqoyunçuları cəlb etməyin mümkünlüyünü və düzgün qurulmuş layihələringücünü aydın şəkildə nümayiş etdirir”, - deyə o yekunlaşdırıb.

Chosen
48
az.trend.az

1Sources