EN

Azərbaycan Turizm Ekspertləri Klubu təsis olunub

Azərbaycan Turizm Ekspertləri Klubu təsis olunub

Azərbaycan turizminin inkişafına yeni dəstək verəcək strateji təşəbbüs gerçəkləşib.

AFN.az xəbər verir ki, DAİR Hotellər və Restoranlar Assosiasiyasının nəzdində “Azərbaycan Turizm Ekspertləri Klubu” təsis olunub. Layihənin məqsədi ölkənin turizm ekosistemində fəaliyyət göstərən peşəkarları bir araya gətirərək bilik və təcrübə mübadiləsini təmin etmək, innovativ yanaşmaları təşviq etmək və sektor üzrə koordinasiyanı gücləndirməkdir.

Klubun təşəbbüskarı və lideri turizm sahəsində 20 illik təcrübəyə malik İbrahim Qəfərovdur. Üzvlük üçün əsas şərtlər turizm sahəsində minimum 10 illik fəaliyyət və sahənin inkişafına əhəmiyyətli töhfələr verməkdir. İlk görüş 2025-ci ilin oktyabr ayında keçiriləcək, klubun əsasnaməsi isə xüsusi təşəbbüs qrupu tərəfindən hazırlanaraq yaxın günlərdə Assosiasiyanın İdarə Heyətinə təqdim olunacaq.

DAİR Assosiasiyası 2009-cu ildən etibarən ölkədə HORECA sahəsində peşəkar birliyin və inkişafın aparıcı ünvanıdır. Yeni klubun yaradılması Azərbaycan turizminin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, sahənin peşəkarlaşmasına və koordinasiyalı inkişafına əhəmiyyətli töhfə verəcək.

Chosen
23
afn.az

1Sources