EN

Yekaterinburqda Anım Günü qeyd olunub

Rusiyanın Yekaterinburq şəhərində 27 sentyabr – Anım Günü qeyd olunub.

APA-nın Rusiya bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına döyüşərək canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Baş konsul vəzifəsindən icra edən Şöhrət Mustafayev və konsulluğun əməkdaşları 27 sentyabr anım Gününə və şəhidlərimizə həsr olunmuş guşə və plakatlar önünə gül dəstələri düzüblər.

Yekaterinburqda Yekaterinburqda
Chosen
17
apa.az

1Sources