EN

Bu il universitetə qəbul olan şəhid ailə üzvləri və qazi övladlarının sayı AÇIQLANDI

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bu il qəbul imtahanlarında 195 nəfər şəhid ailə üzvü, qazi övladı ali təhsil müəssisələrinə qəbul olub".

Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə şagirdlərin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış "Peşə seçimi" alətinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, onlar arasında 49 nəfər 500 baldan yuxarı nəticə əldə edib:

"195 nəfərdən 49 nəfəri 500 baldan yuxarı, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstəriblər. Onlar öz bilik və bacarıqları əsasında bu nəticəni göstəriblər", - deyə sədr bildirib.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
oxu.az

1Sources