Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın müharibədə Ukraynanın qələbəsini istədiyinə inandığını bildirib.
Hurriyyet.az xəbər verir ki, Zelenski bu barədə “Axios” portalına müsahibəsində danışıb.
Jurnalistin “Cənab Trampın nəyahət ki, Ukraynanın qalib gəlməsini istədiyinə inanırsınız?” sualına cavabında “Bəli” deyib.
Ukrayna liderinin fikrincə, Trampın Putinlə münasibətlərinə görə vəziyyət dəyişib:
“Düşünürəm ki, Tramp Putinin ona uğur qazandırmayacağını anlayıb”.