EN

Rusiya Ukrayna müharibəsində dönüş yaranacaq KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Ukrayna ordusunun Pokrovsk istiqamətində rus qüvvələrini üç tərəfdən mühasirəyə alması və geri çəkilmə yollarını bağlaması barədə Rusiya hərbi müxbirləri məlumat yayıb. Maraqlıdır, bu hadisə Ukrayna-Rusiya münaqişəsinin gedişatında potensial olaraq hansı dönüş nöqtəsi ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, bu cür mühasirələr müharibənin gedişində epizodik mövqelərin dəyişməsi kimi qiymətləndirilməlidir:

“Rusiya–Ukrayna müharibəsinin gedişində dəfələrlə həm Rusiya, həm də Ukrayna tərəfinin hərbçilərinin mühasirəyə düşməsi, məhv edilməsi və ya mühasirəni yararaq geri çəkilməsi hallarının şahidi olmuşuq. Buna görə də Pokrovsk istiqamətində rus hərbçilərinin mühasirəyə düşməsi müharibədə ciddi dönüş nöqtəsi hesab edilə bilməz”.

Politoloqun sözlərinə görə, müharibənin gedişində əsas dönüş yalnız irimiqyaslı ərazilərin ələ keçirilməsi və ya döyüşlərin Rusiya ərazisinə keçməsi ilə mümkündür:

“Belə hallarda müharibədə ciddi dəyişiklikdən danışmaq olar. Pokrovskdakı vəziyyət isə ümumilikdə müharibənin xarakterik irəliləmə və geriləmə proseslərinin növbəti nümunəsi kimi dəyərləndirilməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
2
konkret.az

3Sources