EN

Daimi müqavilə imzalamağı planlaşdırır – Premyer Liqa mənsubu

“Aston Villa” vingeri Ceydon Sanço ilə daimi müqavilə imzalamağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “National World” portalı məlumat yayıb.

25 yaşlı futbolçu sentyabrın 1-dən “Aston Villa”da icarə əsasında çıxış edir.

Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq və həmin vaxt o, azad agent statusu əldə edəcək.

Sanço cari mövsümdə bütün turnirlər üzrə cəmi 2 oyunda iştirak edib.

Chosen
4
sportinfo.az

1Sources