EN

Kaya Kallas: Avropa ABŞ dəstəyi olmadan Ukraynaya kömək edə bilməz

Avropa Vaşinqtonun iştirakı olmadan Kiyevə müstəqil şəkildə dəstək vermək iqtidarında deyil.

“İki sahil” xəbər verir ki, bunu “Politico” nəşrinə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib. O, ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni dayandıracağına söz verdiyini xatırladaraq bildirib ki, bu məsələ ilə təkcə Avropa məşğul ola bilməz.

Avropa diplomatiyasının rəhbəri, həmçinin qeyd edib ki, ABŞ NATO-nun ən böyük üzvüdür və “NATO-nun nə etməli olduğu” sualı ortaya çıxanda bu, ABŞ-ın nə etməli olduğuna da aiddir”.

“Financial Times” qəzeti bir qədər əvvəl yazmışdı ki, Tramp Ukraynanı itirilmiş ərazilərini Rusiya ərazisi kimi tanımağa məcbur etməyə çalışırdı. Lakin ABŞ Prezidenti bu yaxınlarda ritorikasını dəyişərək bəyan edib ki, Kiyev Aİ-nin dəstəyi ilə “mübarizə aparıb bütün əraziləri geri ala bilər”.

Chosen
14
3
ikisahil.az

4Sources