EN

Bakıda restoranda heyvanların qanunsuz saxlanıldığı aşkar olunub

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vəhşi heyvan və quşların ictimai iaşə müəssisələri və ailəvi istirahət məkanlarında saxlanması ilə bağlı monitorinqləri davam etdirir.

525.az-a bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, monitorinq çərçivəsində Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Kolorit” restoranına baxış keçirilib. Baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə, qanunvericiliyə uyğun zəruri tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

AQTA bildirir ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
36
525.az

10Sources