EN

DİM sədri: Məqsəd maliyyəyə qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir

"Ödənişli təhsil alanların sayı kifayət qədərdir. Maliyyə vəsaiti təhsilin inkişafı üçün ayrılır və məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir”...

Bunu APA-nın sualına cavab olaraq DİM sədri Meleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, sadəcə bəzi ixtisaslarda müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə nisbətən aşağıdır. DİM sədri həmçinin qeyd edib ki, bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib.

Məleykə Abbaszadə bildirib ki, magistratura üzrə marağın azaldığı müşahidə olunmur: "Müsabiqədən sonra bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı sahəsində boş yerlər qalır, bəzi ixtisaslarda isə bütün yerlər dolur".

Poliqon.info

Chosen
18
14
poliqon.info

10Sources