EN

Ana südü vaxtından əvvəl doğulan körpələrin ürəyini gücləndirir

İrlandiya, İngiltərə və ABŞ-dan olan tədqiqatçılar ana südünün vaxtından əvvəl doğulan körpələrin ürək funksiyalarına təsirini araşdırıblar. Tədqiqat nəticələrinə görə, doğumdan sonrakı ilk həftələrdə ana südü alan körpələrin ürək funksiyaları bir il ərzində normallaşıb.

E-saglam.az xəbər verir ki, araşdırma JAMA Network Open jurnalında dərc olunub.

Araşdırmaya 2011–2013-cü illərdə Dublində bir xəstəxanada dünyaya gəlmiş 80vaxtından əvvəl doğulan körpə daxil edilib, onlara paralel olaraq 100 normal doğumlu körpə də kontrol qrupu kimi götürülüb. Bütün körpələrin ürək vəziyyəti və funksiyası ikiölçülü ekokardioqrafiya ilə yoxlanılıb və bir il sonra təkrar müayinə aparılıb.

Nəticələr göstərib ki, doğumdan sonrakı ilk həftələrdə ana südü alan yetkinlikdən əvvəl doğulan körpələrin sol və sağ mədəcik funksiyaları, həmçinin digər vacib kardio göstəriciləri süni qidalanan körpələrə nisbətən daha yaxşı olub. Bir yaşında isə onların kardio göstəriciləri sağlam, normal doğumlu uşaqların göstəriciləri ilə eyni səviyyəyə çatıb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
8
e-saglam.az

1Sources