EN

Simonyanın ETİRAFI: “Azərbaycanla rəqabət apara bilmərik”

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Konstitusiya islahatlarından əvvəl Azərbaycanla sülh sazişinin imzalanma ehtimalını istisna etmirəm”.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr hələ koronavirus pandemiyasından əvvəl başlanmışdı.

 

Simonyan qeyd edib ki, obyektiv səbəblərə görə Ermənistan nə Azərbaycanın, nə də NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyənin hərbi xərclər səviyyəsinə çata bilər. 

Xatırladaq ki, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə iddialar ehtiva edən Müstəqillik Bəyannaməsinə istinad çıxarıldıqdan sonra İrəvanla sülh müqaviləsi imzalamağa hazırdırlar.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
bizim.media

2Sources