EN

Azərbaycanda aliment ödəməyən qadın məhkum edildi

Ağcabədi rayonunda uşaqlarına aliment verməyən qadın məsuliyyətə cəlb edilib .

Publika.az Oxu.az-a istinadla xəbər verir ki, Zeynəb Məmmədova (adı və soyadı şərtidir) 2004-cü ildə əmisi nəvəsi ilə ailə qurub və birgə nikahdan 3 övladları dünyaya gəlib.

2019-cu ildə cütlük arasında mübahisə yaranıb və Z.Məmmədova azyaşlı övladlarını həyat yoldaşının yanında qoyub, evi tərk edərək atasının evinə gedib. Həyat yoldaşı isə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə cütlük arasında nikahı ləğv edib, hər uşağa görə 150 manat olmaqla Z.Məmmədovaya aylıq 450 manat aliment təyin olunub.

Amma buna baxmayaraq, Z.Məmmədova aliment ödəməkdən yayınıb.

Chosen
29
13
publika.az

10Sources