EN

Böyük Zəfərə aparan yolun 5 ili

ain.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli artıq Vətən müharibəsində qələbəmizin 5 illiyinin qeyd olunduğunu, tariximiz, dövlətçiliyimiz üçün böyük əhəmiyyətə malik Vətən müharibəsi, Qarabağ savaşı xalqımızın, müstəqil Azərbaycan dövlətinin tarixində ən böyük, şanlı və şərəfli səhifələrdən birini təşkil etdiyini vurğulayıb: "Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 30 il işğal altında qalmış qədim Azərbaycan torpaqlarını azad etdi. Bu, tarix boyu qazandığımız ən böyük qələbə və nəhəng tarixi hadisədir. Cənab İlham Əliyevin müharibə günlərində dünyanın ən müxtəlif televiziyalarına verdiyi 30-dan çox müsahibə sözün əsl mənasında həm müharibənin ideologiyasını təşkil etdi, həm də müharibədə xalqımızın birliyi və həmrəyliyinin təmin olunmasına, səfərbərliyinə əsl çağırışlar kimi səslənərək ideoloji cəbhədə də qalibiyyətimizi təmin etdi".

AMEA rəhbəri çıxışında Azərbaycanın dünyada 44 gün ərzində özünün taleyini, mübarizəsini, ideallarını həll etməyi bacaran bir ölkə kimi böyük nüfuz əldə etdiyini, Azərbaycan xalqının qalib xalq, Azərbaycan Ordusunun qalib ordu, Müzəffər Ali Baş Komandanımızın isə qalib lider statusu qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. AMEA rəhbəri vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin yaratdığı mükəmməl bünövrə və Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti, xalqımızın, ordumuzun birliyi bizim qalib xalq statusu qazanmağımızın əsl səbəbidir: "Bu gün Azərbaycan Prezidentinin BMT-nin iclas zalında böyük dövlətlərin rəhbərləri ilə görüşləri, danışıqları göstərir ki, ölkəmizə hansı səviyyədə ehtiram göstərilir. Vaşinqtonda 8 avqustda imzalanmış sənədlər, sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin 2020-ci ildə başladığı işi sülh müqaviləsi ilə başa çatdırmaq əzmində olduğunu göstərdi. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə, böyük iradəsi ilə tezliklə sülh müqaviləsi imzalanacaq və Zəngəzur dəhlizi açılacaq, ölkəmiz tranzit ölkə kimi yeni iqtisadi imkanlar, dostlar, tərəfdaşlar qazana biləcəkdir".

Şəhid kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək, Vətən qarşısında ana borcunu yerinə yetirdiyini qürurla vurğulayıb. Bildirib ki, müharibənin ağır nəticələri gözlənilsə də, işğal altındakı torpaqların, eləcə də qürur və ləyaqətin qaytarılması qaçılmaz idi.

Vətən müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova əzizini itirməyin acısı ilə qüruru birgə yaşadığını bildirərək tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.

Tədbirdə, həmçinin şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Həmidzadə və şəhid Rauf İbadovun atası Məhərrəm İbadov çıxış ediblər.

AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin xalqımızın birlik və qəhrəmanlığının göstəricisi olduğunu diqqətə çatdırıb. O, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayaraq gənc nəslə bu Qələbənin fəlsəfəsini ötürməyin vacibliyindən danışıb.

Sonda çıxış edən Mərkəzi Elmi Kitabxananın Qarabağ müharibəsi fondunun müdiri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsinin əbədiləşdirilməsində mühüm işlərin görüldüyünü, bu mövzuda yazılmış yeni nəşrlərin, elmi işlərin, məlumatların toplanıldığını bildirib.

Böyük Zəfərə aparan yolun 5 ili

Böyük Zəfərə aparan yolun 5 ili

Böyük Zəfərə aparan yolun 5 ili

Böyük Zəfərə aparan yolun 5 ili

Böyük Zəfərə aparan yolun 5 ili

Böyük Zəfərə aparan yolun 5 ili

Böyük Zəfərə aparan yolun 5 ili

Şəkil sayı: 7

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
4
525.az

5Sources