EN

Məktəblərdə dərslik satışı: Şagirdlər niyə kitabı pulla almalıdır? VİDEO

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə diqqət çəkən məsələlərdən biri bəzi məktəblərdə 7-ci sinif şagirdlərinə dərsliklərin paylanılmaması ilə bağlıdır.

Valideynlər və şagirdlər iddia edirlər ki, ingilis dili, riyaziyyat və digər fənlər üzrə dərsliklər məktəb kitabxanalarında mövcuddur, lakin onların arxasında “7 manat” qiyməti yazılıb və yalnız ödəniş qarşılığında şagirdlərə təqdim olunur.

Bu isə cəmiyyətdə haqlı narazılıqlara səbəb olur: Əgər dərsliklər dövlət hesabına təmin olunursa, niyə bu şagirdlərə ödəniş əsasında təmin edilir? Satışdan əldə edilən məbləq kimin cibinə gedir? Məktəb direktoru yoxsa nazirliyin? Elm və Təhsil nazirliyi bu vəsaitləri məktəblərə ödənişsiz təqdim edirsə niyə bu özbaşınalığa nəzarət mexanizmi yoxdur? Nazirlik tərəfindən bu kimi halların qarşısını almaq üçün hansı tədbirlərin görüldüyü açıq sual olaraq qalır.

Təhsil eksperti Vüsət Əzizov Bakupost TV-nin mövzu ilə əlaqədar suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources