EN

Platin qiyməti son 12 ilin ən yüksək səviyyəsinə qalxdı

Müəllif:Mehin Qasımova,Banco.az

Sentyabrın 26-da Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət zamanı platinin qiyməti 1 troya unsiyası üçün 1590 dollardan yuxarı qalxıb.

Banco.az xəbər verir ki, bu, son 12 ilin ən yüksək göstəricisidir. 

NYMEX  məlumatlarına görə, qiymətli metal axrıncı dəfə 2013-cü ilin aprelində bu qədər baha başa gəlib .

Oktyabr fyuçers müqaviləsi qısa müddət ərzində 1,590,70 dollara çatdı. UBS investisiya bankının analitiklərinin fikrincə, qiymət artımı ABŞ-ın potensial idxal tarifləri ilə bağlı narahatlıqlarla bağlıdır. Eyni zamanda, digər qiymətli metallar da bahalaşır. Məsələn, sentyabrın 25-də ticarət zamanı Comex birjasında gümüş fyuçersləri bir troya unsiyası üçün 45 dollara qədər bahalaşıb (bu, 2011-ci il mayın 3-dən sonra ilk dəfə baş verib).

Qızıl qiymətləri demək olar ki, hər həftə rekordlar qırır: 23 sentyabrda 3800 dollar həddini  aşıb. Qiymətli metallar və xüsusilə qızıl təhlükəsiz sığınacaqlar hesab olunur.

İnvestorlar bu il aktiv şəkildə qızılla dəstəklənən birja fondlarına (ETFs) investisiya qoyurlar və sentyabrın ortalarında aktivlərin ümumi həcmi 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Qiymətli metalın qiymətinin hazırkı artımı qismən mərkəzi bankların, xüsusən də inkişaf etməkdə olan bazarlarda dollardan asılılığını azaltmağa çalışan iri miqyaslı alışlarla bağlıdır. Qızıl ölkənin valyuta ehtiyatlarını şaxələndirməyə və onları ucuzlaşmadan qorumağa kömək edir.

Chosen
9
banco.az

1Sources