EN

Şəhərdə ödənişli yollar nə zaman istifadəyə veriləcək? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Ödənişli zona praktikası müxtəlif ölkələrdə və şəhərlərdə mövcuddur və Avropada, Asiyada, həmçinin Birləşmiş Dövlətlərdə tətbiq edilir. Hələ ki, bu sistemin tətbiq olunma yolu üçün konkret yol xəritəsi mövcud deyil. Lakin məlumdur ki, yaxın müddətdə təkliflər və layihələr hazırlanacaq və sonradan ehtimal ki, ictimai müzakirəyə çıxarılacaq".Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O bildirib ki, ödənişli zonaların yaradılmasının məqsədləri şəhər mərkəzində sıxlığı azaltmaq, atmosferə buraxılan zərərli qazların miqdarını minimuma endirmək və yeni yaradılacaq İctimai Nəqliyyat Fondunun maliyyələşməsini təmin etməkdir:"Bu tədbirlər nəticəsində şəhərin müəyyən ərazilərində sıxlığın və qaz emissiyalarının azalması gözlənilir. Ümumilikdə, Bakı şəhərində və ətraf ərazilərində sıxlığı və zərərli qazları azaltmaq çətin olsa da, bu məqsədlə xüsusi dövlət proqramı hazırlanıb. Bu proqram çərçivəsində tədbirlər mərhələli şəkildə həyata keçirilir və 2025-2030-cu illər ərzində müəyyən nəticələr əldə olunacaq".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
1
demokrat.az

2Sources