EN

Kasparovun muxtariyyət açıqlamasına Yunus Oğuzdan sərt reaksiya: "Onu Azərbaycana buraxmaq olmaz" – ÖZƏL


Şahmat üzrə dünya çempionu, əslən bakılı Harri Kasparov Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib. Kasparov bölgədə qan axmamasını alqışladığını, lakin bunun onun üçün emosional olaraq ağır olduğunu bildirib. Çempion, "ermənilərə güzəşt olunacaqmı, az da olsa muxtariyyət veriləcəkmi" sualının hələ də açıq qaldığını qeyd edib. O, həmçinin bütövlükdə Qarabağın artıq mövcud olmadığını və ermənilərə aid torpaq qalmadığınıdadilə gətirib. Mövzu ilə bağlı Olaylar qəzetinin və eyniadlı informasiyaagentliyinin başdirektoru, yazıçı Yunus Oğuz Kasparovunfikirlərinəkəskin münasibət bildirib. Y. Oğuz məşhur aktyor Robert De Nironun 44 günlük müharibə zamanı Azərbaycana kömək məqsədilə 1 milyon dollar vəsait köçürməsi barədə yayılan xəbərlərə toxunaraq, aktyorun buna səbəb kimi "erməniləri yaxşı tanıdığını" bildirdiyini xatırladıb.

Baş redaktor Kasparovun açıqlamalarının zamanlamasını tənqid edib: "İndiKasparovAzərbaycanın güclü bir vaxtında, yəni həm dünyada iqtisadi, həm diplomatik gücünü görəndən sonraaçıqlamalar verir. Kasparov 1988-ci ildən Ermənistanın və ermənilərin yanında olub, onlara maliyyə yardımı edib. Baxmayaraqki,Azərbaycanın çörəyini yeyib böyüyüb." Yunus Oğuz Kasparovun hərəkətlərini "xəyanət" adlandırıb və onun ölkəyə buraxılmaması təklifini irəli sürüb: "Mən hesab edirəm ki, onu heç vaxt Azərbaycana buraxmaq lazım deyil. Okiqaldımuxtariyyətməsələsinə, osöhbətartıqbitibvəarxivəgöndərilib."

Yazıçı əlavə edib ki, belə adamlar yenəAzərbaycana xəyanət edəcəklər. "Azərbaycanın çörəyini yeyib böyüyüblər. Heydər Əliyev hər şeyi edib ki, Kasparov dünya çempionatına çıxsın və dünya çempionu olsun. O isə44günlükmüharibəzamanıErmənistanamaliyyəyardımlarıedirdi.Ona görə də belə insanları Azərbaycana buraxmaq olmaz. Çünki yenə də subulandıracaqlar," - deyə Y. Oğuz fikrini yekunlaşdırıb.

SevdaDəniz

Chosen
3
3
baki-xeber.com

4Sources