Misli Premyer Liqasında VI tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında "İmişli" lider "Zirə"ni qəbul edib.

Görüş Quba Olimpiya İdman Kompleksində baş tutub.

"İmişli" ilk hissədə hesabı açıb. "Zirə" yalnız 80-ci dəqiqədə hesabı bərabərləşdirə bilib. Görüşdə başqa qol olmayıb - 1:1.


Misli Premyer Liqası, VI tur

26 sentyabr (cümə)

15:30 “İmişli” – “Zirə” 1:1 (2-ci hissə)
Qol: Dioqo Rollo, 24 - D. Volkov, 80

"İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 44. Həzrət İsayev 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 27. Lətif Rzayev 3. Tuncay Yusifli

Baş məşqçi: Jorj Kaskilya

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 25. Enrike Kustodio 30. Rikardo Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Quba OİK stadionu