EN

Təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əlizadə saxlanılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbaut Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, K.Əlizadə kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən 4 nəfərin 1977 manat vəsaitini talayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Chosen
7
7
adalet.az

8Sources