EN

BU GÜN AXC təşkilat şöbəsinin müdiri Arif Abdullayevin QƏTLİNİN 35 İLİDİR...


BU  GÜN    sentyabrın  26-da  Azərbaycan  Xalq  Cəbhəsi  təşkilat  şöbəsinin müdiri  ARİF  ABDULLAYEVİN  qətlinin  35   ili  tamam olur. Ancaq  heç bir  media  qurumu  onu  yada  salmadı. NİYƏ ? Nə üçün ? 

Hətta  mərhum vəkil  Adil İsmayılovun  Arif Abdullayevin  qətli ilə bağlı fikirləri  SAYTLARDAN   silinib. Daha  doğrusu, SİLDİRBİLƏR. 

26 sentyabr  1990-cı ildə xalqımızın düşmənləri, daha doğrusu, "özümüzünkülər"   Arif Abdullayevi  xaincəsinə Bakıda, 8-ci kilometr qəsəbəsindəki öz evində  qətlə yetirdilər.

 

Arifin qardaşı Cavanşir  Əfqanıstanda gedən müharibədə  həlak  olmuşdu. 

 

NUH.az  olaraq  media üzərindən apardığımız  araşdırma zamanı  Arif Abdullayev  barəsində nəinki bir cümləyə, hətta bir sözə rast gəlmədik.  

Sanki  bir sirrli qüvvə  Arif  Abdullayev barəsində yazmağa, danışmağa qadağa  qoyub. 

Maraqlıdır ki, son  20-30  ildə  AXC  liderləri də onu heç vaxt yada salmayıb, xatırlamayıb, hətta adını dilə gətirməyiblər. 

Xalq Hərəkatının adi üzvlərini  az qala qəhrəman, əfsanəvi isim, millət fədaisi, türk sevdalısı adlandıranlar niyə Arifin adını 35  ildə bircə dəfə də çəkməyiblər ? 

Özümüzdən  olan düşmənlərimiz  onu unutdurmağa çalışsalar da, Arif Abdullayevin şərəfli adı tariximizdə əbədi qalacaqdır. 

Allah rəhmət eləsin ! Məkanı cənnət olsun. 


Chosen
2
nuh.az

1Sources