EN

Özəl bağçalar üçün qrant müsabiqəsi elan olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2025/2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə qrant müsabiqəsi elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, müsabiqə çərçivəsində məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, özəl məktəbəqədər təhsil müəssisələrində maksimum 5 300 təhsilalanın maliyyələşdirilməsi mümkündür. Müraciət üçün son tarix 10 oktyabr 2025-ci ildir.
Chosen
32
38
oxu.az

10Sources