Bakı, 26 sentyabr, AZƏRTAC
Misli Premyer Liqasında VI tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda “Zirə" "İmişli"nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşdə qalib müəyyənləşməyib – 1:1.
Bu nəticədən sonra “qartallar" 12 xalla turnir cədvəlinə başçılıq edir. Bölgə təmsilçisi isə 8 xalla 5-ci yerdədir.
Günün ikinci oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da "Azərsun Arena"da start götürəcək.
Qeyd edək ki, VI tura sentyabrın 28-də yekun vurulacaq.