EN

Zaur Mikayılov Xaçmazda vətəndaşları qəbul etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov sentyabrın 26-da Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Xaçmaz, Şabran və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bu barədə Modern.az-a Agentlikdən bildirilib.

Qəbulda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib..

Müraciətlər əsasən suvarma su təminatı, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı çay məcralarında beton bəndlərin qurulması, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, yeni subartezian quyusunun qazılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Chosen
7
13
modern.az

10Sources