EN

"Neftçi" yeni legionerlə gücləndi - RƏSMİ

"Neftçi" növbəti transferini rəsmiləşdirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyu heyətə qatılıb.

28 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, son klubu "Sürix" (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Metyu Norveç Kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

Chosen
3
32
fanat.az

10Sources