EN

ABŞ gizli yolla vətəndaşların DNT sini toplayır

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2020-2024-cü illərdə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ən azı 2000 vətəndaşın, o cümlədən 95 yetkinlik yaşına çatmayan şəxsin DNT-sini məxfiliyi tam qorunan "CODIS" proqramının bazasına göndərib. Agentlərin ictimai xəbərdarlıq etmədən gizli yolla DNT topladığı üzə çıxsa da, heç bir cinayət ittihamı irəli sürülməyib, yalnız ictimaiyyəti sakitləşdirmək üçün inzibati cərimələr tətbiq olunub.Reyting.az xəbər verir ki, bu, Georgetovn Universitetinin bir qrup elmi əməkdaşının apardığı araşdırma zamanı bəlli olub. Mütəxəssislər bildiriblər ki, vətəndaşların məlumatları qanunsuz şəkildə cinayətkarların tarixçəsinə əlavə edilmiş federal bazaya göndərilib. Son məlumata görə, hazırda bazaya 2,6 milyon profil daxil edilib və onların təxminən 97 faizi inzibati işlərlə bağlıdır.Xatırladaq ki, 2025-ci ilin yanvar ayında ABŞ prezidenti Donald Tramp xüsusi sərəncam imzalayıb və bununla DHS-yə sərhəddə "istənilən texnologiyadan", eyni zamanda DNT testlərindən istifadəni tapşırıb. Hüquq müdafiəçiləri bu əməliyyatlardan sonra "CODIS"-in məxfi şəkildə "kütləvi genetik nəzarət sisteminə" çevrildiyini və məlumatların qeyri-müəyyən müddətə saxlanıldığı barədə xəbərdarlıq edirlər.Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
reyting.az

2Sources