EN

Putinlə Lukaşenkonun görüşü 5 saatdan çox davam edib - YENİLƏNİB

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş başa çatıb.

APA xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rusiya və Belarus liderlərinin görüşü 5 saat 22 dəqiqə davam edib.

***

13:16

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, danışıqlar Kremldə keçirilir.

Qeyd edək ki, Lukaşenko sentyabrın 25-də Rusiya paytaxtına işgüzar səfər edib. O, dünən Moskvada keçirilən Qlobal nüvə forumunda iştirak edib.

Chosen
14
3
apa.az

10Sources