EN

Toyuğun ən sağlam hissəsi açıqlandı

Diyetoloq Keti Drakford bildirib ki, toyuq ətinin ən faydalı hissəsi bir çoxlarının düşündüyü kimi döş deyil.

E-saglam.az xəbər verir ki, ən sağlam kəsim “tenderloin” adlanan, döş ətinin alt hissəsinə yapışmış nazik filedir.

Drakford izah edib ki, tenderloin çox az yağ tərkibli, zərif quruluşlu və döş ətindən fərqli olaraq quru olmayan hissədir. 100 qramında cəmi 110 kalori, 25 qram protein və təxminən 1 qram yağ mövcuddur. Bundan əlavə, kiçik ölçüsü sayəsində bu ət daha tez bişir və salat, makaron və digər yeməklərdə rahatlıqla istifadə oluna bilər.

Mütəxəssis həmçinin bud və qanadların yağ miqdarı yüksək olduğundan onların tez-tez yeyilməməsini tövsiyə edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
2
e-saglam.az

1Sources