EN

Müharibə bu dəqiqə başa çata bilər Netanyahu şərt açıqladı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatını dərhal silahlarını yerə qoymağa və israilli girovları azad etməyə çağırıb.

Globalinfo.az bildirir ki, o, bu barədə BMT Baş Assambleyasında bəyanat verib.

“Sizə deyirəm! silahlarınızı yerə qoyun, girovları buraxın, 48 nəfərin hamısını dərhal azad edin. Bunu etsəniz, yaşayacaqsınız. Əks halda, İsrail hamınızı məhv edəcək. Əgər HƏMAS bizim tələblərimizlə razılaşsa, müharibə elə indi başa çata bilər”, – Netanyahu deyib.

O bildirib ki, mesajı təkcə Qəzza zolağı ilə sərhəddə quraşdırılmış səsgücləndiricilər vasitəsilə deyil, həm də İsrail kəşfiyyatının xüsusi səyləri sayəsində birbaşa HƏMAS liderlərinin mobil telefonlarına ötürülür.

Netanyahu həmçinin bəyan edib ki, ölkəsi İraqdakı şiə milisləri cilovlayır.

“Əgər onların liderləri İsrailə hücum etsələr, məhv olacaqlar”.

İrandan danışan İsrailin baş naziri bütün zənginləşdirilmiş uran ehtiyatlarının məhv olunmasını tələb edib.

“Biz ayıq-sayıq qalmalıyıq. İranın hərbi nüvə potensialını bərpa etməsinə imkan verməməliyik. İran uran ehtiyatlarını zənginləşdirib. Bu ehtiyatlar məhv edilməli və BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına start verilməlidir”, – o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
globalinfo.az

2Sources