EN

İlham İsmayıl sərbəst buraxılıb Həyatımızda şantaj, böhtanla rastlaşmaq getdikcə adi hal alır

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünən Nəsimi Polis İdarəsi tərəfindən saxlanılan tanınmış ekspert İlham İsmayıl sərbəst buraxılıb.

Gununsesi.info bildirir ki, bu barədə onun özü sosial şəbəkə hesabında yazıb.

“Həyatımızda şantaj, böhtanla rastlaşmaq getdikcə adi hal alır. Mən də bu günlərdə aidiyyatım olmayan bir işlə şantaj oldum, amma həqiqət üzə çıxdı və izahatımla məsələyə aydınlıq gətirdim.

Narahat olduğunuzu bilirəm. Diqqətinizə görə təşəkkür edirəm. Məni tanıyan, amma məsələni öyrənmədən, hansısa münasibətlərinə görə şantajçının yalanını yayan saytın rəhbərinə isə təəssüfümü bildirirəm.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
icma.az

1Sources