Qəzza ilə bağlı razılaşmaya yaxınıq.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Görünür ki, Qəzza ilə bağlı razılaşmaya çatmışıq. Bu razılaşma girovların azad edilməsini təmin edəcək, müharibəni bitirəcək və sülhü bərqərar edəcək”, - Tramp qeyd edib.