EN

Azərbaycan-ABŞ ticarət dövriyyəsi 800 milyon dollara yaxınlaşır

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan ilə ABŞ arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 799 milyon 581,82 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.

Ölkə.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Statistikaya görÉ™, ilin ilk sÉ™kkiz ayı É™rzindÉ™ AzÉ™rbaycanın ABÅž-yÉ™ ixracı 2,4 dÉ™fÉ™ azalaraq 45 milyon 231 min 810 dollar təşkil edib. İxracın payı 0,27% ( 2024-cü ilin yanvar-avqust ayları: 0,6%) təşkil edib.

Bu arada ABŞ-dən idxal 15,5% artaraq 754,35 milyon dollara çatıb. İdxalın payı 5,01% ( 2024-cü ilin yanvar-avqust ayları: 5,12%) təşkil edib.

Chosen
14
olke.az

1Sources