GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Zelenski ağlını itirir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Prezidentinin son açıqlamasına cavab olaraq deyib.
“Prezident Zelenski, deyəsən, özünün asılı olduğu anti-macarıstan mövqeyi ucbatından ağlını itirir. İndi o əslində olmayan şeyləri görməyə başlayır”, – Siyarto sərt şəkildə bildirib.
Xatırladaq ki, daha əvvəl Zelenski özünün teleqram kanalında Ukrayna hava məkanının dronlarla pozulması barədə məlumat paylaşıb. Ukrayna lideri qeyd edib ki, bu dronlar kəşfiyyat xarakterli olub və “çox güman ki, Macarıstana məxsusdur”.
Aysel Əliyeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.