EN

Tural Abasquliyev DAF-ın Azərbaycan nümayəndəliyinə prezident seçilib

Dünya Alpagut Federasiyası (DAF) tərəfindən Azərbaycanda alpaqut idman növünü inkişaf etdirmək məqsədilə Tural Abasquliyevin DAF-ın Azərbaycan nümayəndəliyinin prezidenti vəzifəsinə seçilməsi təsdiq edilib. Qeyd edək ki, bu nümayəndəlik ictimai əsaslarla fəaliyyət göstərən Azərbaycan Alpaqut Federasiyasıdır (AAF).

Bu qərar AAF-ın İdarə Heyətinin üzvlərinin müvafiq tələbləri əsasında irəli sürülüb. T.Abasquliyev alpaqut idmanının inkişafı və yayılması istiqamətindəki fəaliyyətləri ilə tanınıb. Onun rəhbərliyi altında Azərbaycan nümayəndəliyinin daha da güclənməsi, ölkədaxili və beynəlxalq platformada uğurlu iştirak etməsi gözlənilir.

DAF T.Abasquliyevin liderliyi altında alpaqutun dəyərlərini və prinsiplərini Azərbaycanda daha geniş auditoriyaya çatdırmağı hədəfləyir. T.Abasquliyev alpaqutun tanınması və inkişaf etdirilməsi üçün müvafiq strategiyalar hazırlamağa və icra etməyi planlaşdırır.

Chosen
2
2
news365.az

3Sources