EN

Netanyahudan AÇIQLAMA: “Müharibə bu dəqiqə başa çata bilər”

Ajans.azbildirir ki, o, bu barədə BMT Baş Assambleyasında bəyənatverib. “Sizə deyirəm! silahlarınızı yerə qoyun, girovları buraxın, 48 nəfərin hamısını dərhal azad edin. Bunu etsəniz, yaşayacaqsınız. Əks halda, İsrailhamınızı məhv edəcək. Əgər HƏMAS bizim tələblərimizlə razılaşsa, müharibəelə indi başa çata bilər”, – Netanyahu deyib. O bildirib ki, mesajı təkcə Qəzza zolağı ilə sərhəddə quraşdırılmış səsgücləndiricilər vasitəsilə deyil, həm də İsrailkəşfiyyatının xüsusi səyləri sayəsində birbaşa HƏMASliderlərinin mobil telefonlarına ötürülür. Netanyahu həmçinin bəyan edib ki, ölkəsi İraqdakı şiə milisləri cilovlayır. “Əgər onların liderləri İsrailə hücumetsələr, məhv olacaqlar”. İrandan danışan İsrailin baş naziri bütün zənginləşdirilmiş uran ehtiyatlarının məhv olunmasını tələb edib.

“Biz ayıq-sayıq qalmalıyıq. İranın hərb nüvəpotensialını bərpa etməsinə imkan verməməliyik. İranuran ehtiyatlarını zənginləşdirib. Bu ehtiyatlar məhv edilməli və BMTTəhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına start verilməlidir”, – o vurğulayıb.

Chosen
1
1
Ajans.az

2Sources