EN

İran məxfi hərbi obyektin tikintisini sürətləndirdi

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran ABŞ-nin zərbələrindən sonra məxfi hərbi obyektin tikintisini sürətləndirib.

"Unikal" xəbər verir ki, “The Washington Post” peykdən çəkilmiş görüntülərə istinadən yazır ki, İran son aylarda İsfahan vilayətində Kolanq dağı altında gizli hərbi obyektin tikintisini sürətləndirib. Qəzetin yazdığına görə, “məqsədi məlum olmayan” obyektin tikintisi ABŞ-nin İranın üç nüvə obyektinə endirdiyi zərbələrdən sonra sürətləndirilib.

Bu obyektlərdən biri Natanzda Kolanq dağının yaxınlığında yerləşir. Tikinti 2020-ci ildən davam edir. İran rəhbərliyi əvvəllər bu qurğunun uranın zənginləşdirilməsi üçün sentrifuqalar istehsal etmək üçün istifadə oluna biləcəyini qeyd etmişdi.

Lakin ekspertlər hesab edirlər ki, bu qurğu birbaşa uranın zənginləşdirilməsi və ya saxlanması üçün istifadə oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
47
unikal.az

10Sources