EN

Azərbaycan Prezidenti Baş Assambleyadakı çıxışında çox önəmli fikirlər səsləndirdi -BMT Baş katibinin sözçüsü

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı çox mühüm idi və o burada çox önəmli fikirlər səsləndirdi.

“İki sahil” xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

Sözçü bildirib ki, Azərbaycanın BMT-nin Yüksək Səviyyəli Həftəsində ölkə başçısı səviyyəsində təmsil olunması Prezident İlham Əliyevin BMT-yə verdiyi dəyərin göstəricisidir: "Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı çox mühüm idi və o burada çox önəmli fikirlər səsləndirdi. Hər dəfə bir ölkə öz təmsilçiliyini baş nazir və ya xarici işlər naziri səviyyəsindən dövlət başçısı səviyyəsinə qaldıranda bu həmin ölkə üçün BMT-nin və BMT üçün də o ölkənin nə qədər əhəmiyyətli olduğunun göstəricisidir".

S.Düjarrik BMT-nin Baş katibi Antoniu Quterreş ilə Prezident İlham Əliyev arasında baş tutan görüşdən və müzakirə olunan məsələrdən də bəhs edib: "Azərbaycan sonuncu iqlim konfransına - COP29-a ev sahibliyi etmişdi. O, BMT-nin səylərində əsas tərəfdaş idi. Azərbaycan həmçinin uzun illərdir, çoxtərəfli diplomatiyaya çox böyük dəstək göstərməkdə davam edir. Təbii ki, Baş katib Prezident Əliyevlə görüşündə Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatdırılması nəticəsində əldə olunan nailiyyətləri vurğuladı. Bu isə digər regional münaqişələr üçün də ümid yaradır. Baş katib bu iki ölkə arasında sülhün Ermənistan və Azərbaycan xalqları, həmçinin region naminə davam etməsi üçün əlindən gələni edəcəyini bildirdi. Bu onların müzakirə etdikləri məsələlərdən biri idi".

Sözçü bildirib ki, Azərbaycan BMT-nin ən uğurlu üzv ölkəsidir: "Azərbaycan Qoşulmama Hərakatına uğurlu sədrliyi,və COP29-da əldə etdiyi böyük uğurlarla çoxtərəfli diplomatiyaya töhfə göstərib. İndi isə Azəbaycan BMT-nin 2026-cı ildə Bakıda keçiriləcək Habitat konfransına hazırlaşır. Azərbaycan istər Qoşulmama Hərakatı, istər COP görüşü, istərsə də Habitat konfransı ilə BMT-yə tövhələr verməkdə davam edir. Bu, Azərbaycanın beynəlxalq ictimaiyyətin bir hissəsi olduğunun və çoxtərəfli diplomatiya sahəsində səylərimizin iştirakçısı olduğunun bariz göstəricidir".

Chosen
8
2
ikisahil.az

3Sources