EN

Yanğın təhlükəsinə görə restoranın fəaliyyəti DAYANDIRILDI - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli restoranın fəaliyyətini dayandırıb.

FHN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı aşkar edilib;
 

Həmçinin, müəyyən edilib ki, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, obyektin mətbəxinin tavan hissələri yanar material olan lambirlə üzlənilib, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.


Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.


Bizim.Media

Chosen
14
28
bizim.media

10Sources