EN

Qazaxıstan Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etməyə hazırdır

Bakı. Trend:

Qazaxıstan Zəngəzur dəhlizinin reallaşdırılmasında iştiraketməyə hazırdır.

Trend xəbər verir ki, bunuQazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzaqaliyev Nyu-YorkdaCaspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri iləbirgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumundabildirib.

Mirzaqaliyev qeyd edib ki, Orta Dəhliz sürətlə əsas beynəlxalqticarət marşrutlarından birinə çevrilir, "Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutu" (TRIPP) isə regional əməkdaşlıq üçün yeniimkanlar açır.

“Biz TRIPP təşəbbüsünü alqışlayırıq və Orta Dəhliz boyuncaəlaqəliliyin möhkəmləndirilməsi üçün Zəngəzur dəhlizininreallaşdırılmasında iştirak etmək istərdik”, — deyə ovurğulayıb.

Mirzaqaliyev ayrıca Qazaxıstan ilə ABŞ arasında enerjiəməkdaşlığının əhəmiyyətinə də toxunub.

“Enerji sektoru bizim iqtisadiyyatımızın və ABŞ-la ikitərəflimünasibətlərimizin təməl daşıdır. Biz ABŞ-ın enerji prioritetlərinibölüşürük. ABŞ-a idxal olunan uranın orta hesabla 24 faiziQazaxıstandan tədarük olunur. Biz ABŞ-ın nüvə energetikasısahəsində etibarlı və güvənilən tərəfdaşı kimi rolumuzumöhkəmləndirməyə hazırıq”, — Mirzaqaliyev bildirib.

Chosen
19
4
az.trend.az

5Sources