EN

Orta Dəhliz mövcud tranzit marşrutlarına mühüm əlavədir — Gürcüstan XİN başçısının müavini

Bakı. Trend:

Orta Dəhliz mövcud tranzit marşrutlarına mühüm əlavədir.

Trend xəbər verir ki, bunuGürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Nyu-YorkdaCaspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri iləbirgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumunda deyib.

Darsaliya regionun nəqliyyat əlaqəliliyinin Orta Dəhliz kimilayihələr vasitəsilə artan əhəmiyyətini qeyd edib. “Orta Dəhlizsadəcə alternativ deyil, mövcud tranzit marşrutlarına həyati vacibəlavədir”, — deyə o vurğulayıb.

“Bakı–Tbilisi–Qars dəmir yolu və Anakliya limanı biziməlaqəliliyə sərmayə qoymaq missiyamızın bir hissəsidir. Lakinəlaqəlilik yalnız fiziki infrastruktur deyil, həm də əməkdaşlıq,harmonizasiya, gömrük rəsmiləşdirilməsinin səmərəliliyi və rəqəmsalinteqrasiyadır”, — nazir müavini əlavə edib.

Darsaliya həmçinin Gürcüstanın investisiya cəlb etməkistiqamətində mühüm fəaliyyətinə toxunaraq qeyd edib: “Gürcüstansadəcə tranzit ölkəsi deyil, korrupsiyaya qarşı mübarizə aparılanvə regionda fəaliyyət göstərən şirkətlər üçün əlverişli vergimühitinin yaradıldığı bir investisiya ölkəsidir”.

Chosen
10
1
az.trend.az

2Sources