EN

Rusiya bu tarixə kimi NATO-ya hücum edə bilər

NATO öz ərazisini Rusiyanın istənilən işğalından qorumağa hazırdır, lakin hərbi alyans Moskva ilə münaqişəni gərginləşdirməyi planlaşdırmır.

KONKRET.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohan Vadeful bildirib.

“Ölkələrimiz eskalasiyada maraqlı deyil, lakin Rusiya bizi tələyə salmaq istəyə bilər. Ona görə də biz öz ərazimizi müdafiə etməyə hazırıq. Rusiya bilməlidir ki, onun bizi məğlub etmək şansı olmayacaq”, – Vadeful vurğulayıb.

O, həmçinin Almaniyadan və ölkənin müttəfiqlərindən Rusiyanın 2030-cu ilin sonuna qədər NATO ərazisinə hücum edə biləcəyinə dair xəbərdarlıq edib.

Chosen
11
3
konkret.az

4Sources