EN

KİV: Tramp Ukraynaya “Tomaqavk” raketləri vermək istəmir

BAKI, 26 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynaya "Tomaqavk" qanadlı raketlərini verməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.

Məqalədə bildirilir ki, bu, Ağ Evin Avropa ölkələrinə satmaqdan imtina etdiyi yeganə silahdır.

Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 23-də Nyu-Yorkda Amerika lideri ilə görüşdə Vaşinqtondan Kiyevi “Tomaqavk” raketləri ilə təmin etməyi xahiş edib.

Ukrayna lideri “Axios”a müsahibəsində bu məlumatı dolayısı ilə təsdiqləyib. O, ABŞ prezidentindən əvvəllər Kiyevə verilməyən silah növünü istədiyini deyib, lakin konkret nə tələb etdiyini açıqlamayıb. Zelenski Trampın “Biz bunun üzərində işləyəcəyik” cavabını verdiyini iddia edib.

Sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Zelenski ilə görüşündə Tramp qeyd edib ki, Rusiya böyük hərbi gücə malik olduğundan Ukraynadakı münaqişənin tezliklə bitməsi ehtimalı azdır.

Chosen
21
23
teleqraf.com

10Sources