İran son aylarda İsfahan vilayətində, Natanz şəhəri yaxınlığında yerləşən Kolanq dağı altında gizli hərbi obyektin tikintisini sürətləndirib.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” peykdən çəkilmiş görüntülərinə və ekspert rəylərinə əsasən məlumat yayıb.
Məlumata görə, bu, ABŞ və İsrailin birgə zərbələrindən sonra qeydə alınıb.
Nəşr buranı “məqsədi məlum olmayan obyekt" adlandırıb və ərazidə tikinti işlərinin 2020-ci ildən bəri davam etdiyini yazıb.
Onun daha əvvəl bombalanmış Fordo nüvə obyektindən də dərində yerləşdiyi iddia olunur.