EN

Tramp Ukraynaya “Tomahawk” raketləri vermək istəmir - KİV

ABŞ prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” qanadlı raketləri verməkdən imtina edib.

Qaziler.az bildirir ki, “Axios”un məlumatına görə, bu, Ağ Ev rəhbərinin Ukraynanın maraqlarına uyğun olaraq Avropa ölkələrinə satmaqdan imtina etdiyi siyahıda yeganə silah sistemi olub.

Məqalədə qeyd olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 23-də Nyu-Yorkda ABŞ lideri ilə görüşdə Vaşinqtondan Kiyevi “Tomahawk” raketləri ilə təmin etməyi xahiş edib.

Ukrayna lideri “Axios”a müsahibəsində bu məlumatı dolayısı ilə təsdiqləyib. O, ABŞ prezidentindən əvvəllər Kiyevə verilməyən silah növünü istədiyini deyib, lakin konkret nə tələb etdiyini açıqlamayıb. Zelenski iddia edib ki, Tramp, “biz bunun üzərində işləyəcəyik”, - cavabını verib.

QAZİLER.AZ

Chosen
16
23
qaziler.az

10Sources