EN

Metro ilə bağlı sərnişinləri SEVİNDİRƏCƏK YENİLİKLƏR

"Metro ilə bağlı konseptual plan var və bu da Bakının Baş planına uzlaşdırılıb. Dövlətin 2025-2030-cu il ərzində metroda yeni xətlərin tikintisi, xətlərin ayrılması, "Dərnəgül" və "Xocəsən" depolarının genişləndirilməsi layihələri var".

Bunu Far.Az-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, "İçərişəhər"də dönmə kamerasının tikilməsi və yeni xətlərin - bənövşəyi xəttin şəhərə uzadılması nəzərdə tutulub və yaşıl xəttin "Xətai"dən üzü "Həzi Aslanov"a kimi inşaası planlaşdırılıb:

"Bənövşəyi xətt yenidir, yeddi vaqonludur və şəhər üçün çox önəmlidir. Çünki yeddi vaqonlu platforma daha çox sərnişini daşıya bilir. Beş vaqonlu platformada qatarlar bir dəfəyə 1600-2000 arası sərnişin daşıyır. Yeddi vaqonlu da isə bu rəqəm daha da çox olacaq.

Digər məsələ odur ki, bizdə metro açılan gündən təəssüf keçid stansiyası funksionallığı tam təmin olunmayıb. Ona görə də cəmiyyətdə bəzən fikir yanlış olur. Yəni hər bir metro xətti digər metro xətti ilə kəsişirsə, burada keçid stansiyası qurulmalıdır".

Ekspert əlavə edib ki, bənövşəyi xəttin bir neçə belə keçid stansiyası olacaq:

"Hazırda "Memar Əcəmi"də keçid stansiyası var. Yaxın illərdə tikilməsi nəzərdə tutulan B-4 stansiyasından sonra şərti adı B-5 verilən stansiya isə "Nizami" stansiyasına yeni keçid imkanı yaradacaq. Bundan sonra "Sahil" stansiyasının yanında qırmızı xəttə keçid, "Port Baku"dan bir az yuxarıda bir stansiyaya və ondan sonra "Xətai"də yenə yaşıl xəttə keçid imkanı yaranacaq. Ağ Şəhərin şimal hissəsində Babək prospektinə yaxın yerə dayanacaq və bu da şəhərin şimal istiqamətindən gələnlər üçün səfərin daha optimal istifadəsi üçün imkanlar yaradacaq.

Sumqayıt, Xırdalan və digər istiqamətlərdən gələnlər "Avtovağzal" stansiyası vasitəsilə şəhərə birbaşa bu xətlə gələ biləcəklər. Eyni zamanda səfər edəcəyi məkandan asılı olaraq keçid imkanları da əldə edəcəklər. Yaşıl və qırmızı xətlərə keçid vasitəsilə sürətli və rahat mənzil başına çata biləcəklər".

Orxan Hüseyn

Chosen
1
1
far.az

2Sources